“İstintaq tədbirlərini sərhəd-buraxılış məntəqəsinin bağlanması kimi qələmə vermək əsassızdır”

istintaq-tedbirlerini-serhed-buraxilis-menteqesinin-baglanmasi-kimi-qeleme-vermek-esassizdir
Oxunma sayı: 2678

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın “Laçın” sərhəd-buraxılış məntəqəsinin bağlanması ilə bağlı iddialarına cavab verib. 

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

“Xarici diplomatik korpusla birlikdə “Laçın” sərhəd-buraxılış məntəqəsindəyik. Ermənistanın törətdiyi təxribatdan sonra aparılan müvəqqəti istintaq tədbirlərini sərhəd-buraxılış məntəqəsinin bağlanması kimi qələmə vermək əsassızdır” , - paylaşımda qeyd olunub.