Bakı Ağır Cinayətlər Məhkəməsində öz işçilərinə qarşı dələduzluq edərək 264 min manat mənimsəməkdə təqsirləndirilən "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə G.Hüseynov vəsatət verərək iki nəfərin əlavə şahid kimi dindirilməsini istəyib: "Emin Poladov və Aslan Ağayevin dindirilməsini istəyirəm. Mən aldığım pulları Aslana vermişəm. O, məni silahla hədələyib bu barədə heç kimə məlumat verməməyimi tələb etdi. İstintaqda danışarsam, ailə üzvlərimi öldürəcəyini dedi. O, indi cinayət məsuliyyətinə cəlb olunmalıdır. Mən müstəntiqin hazırladığı bütün sənədlərə imza atdım. Qarşılığında ailəmə kömək ediləcəkdi".
Məhkəmədə bildirilib ki, E.Poladov şahid kimi dindirilib. A.Aslanov haqda məlumatlar isə tam deyil. Buna görə də bu gün onun əlavə şahid kimi çağırılmasını təmin etmək mümkün deyil. Məhkəmə G.Hüseynova əlavə vaxt verib ki, A.Aslanov haqda tam məlumat versin.
Proses aprelin 10-da davam etdiriləcək.
G.Hüseynov həmçinin rüşvət verməkdə iştirak etməkdə ittiham edilir. Məlumata görə, o, 1 il axtarışda olub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər