İstiqlalçı deputatla vida mərasimi keçirilir

istiqlalci-deputatla-vida-merasimi-kecirilir
Oxunma sayı: 2873

Xəbər verildiyi kimi, dünən istiqlalçı deputat Məryəm Həsənova vəfat edib. 

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, uzun illər Siyəzəndə müəllimə, orta məktəb direktoru vəzifəsində çalışan Məryəm Həsənova milli-azadlıq hərəkatının iştirakçılarından idi. O, 1990-cı ildə keçirilən parlament seçkilərində AXC-dən deputat seçilmiş, Demblok fraksiyasını üzvü olmuşdu.

M.Həsənova ilə vida mərasimi bu gün Təzəpir məscidində keçirilib. Onun hüzr məclisinə keçmiş hərəkat yoldaşları, sabiq deputatlar toplaşıblar.