İstiqlalçı deputatlar jurnalistləri mükafatlandırdı

istiqlalci-deputatlar-jurnalistleri-mukafatlandirdi
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, tədbiri giriş sözü ilə açan millət vəkili Sabir Rüstəmxanlı İstiqlal tarixini qısaca xatırladandan sonra müsabiqə ilə əlaqədar bilgi verdi. Qeyd etdi ki, əsas KİV-lərin iştirak etdiyi müsabiqəyə 11 müəllif yazısı təqdim edilib. Müsabiqə iştirakçılarının hamısına təşəkkür edən Sabir Rüstəmxanlı yazıların dəyərləndirilməsində çətinlik çəkdiklərini bildirdi: «İstiqlalımızdan sevgiylə yazılan bu yazılar hamısı bizə doğmadır və onların arasında seçim aparmaq çətindir. Təəssüf ki, mükafat fondu bütün yazıları qiymətləndirmək imkanı vermir. Ona görə də yazı müəlliflərinin hamısını xüsusi diploma layiq gördük, mükafat fondunu isə daha yaxşı hesab etdiyimiz 6 müəllif arasında bölməyə qərar verdik».

Beləliklə, müsabiqəyə məqalə təqdim edən Nəsimi Şərəfxanlı («musavat.com» xəbər agentliyi), Səbuhi Məmmədli («lent.az» xəbər agentliyi), Taleh Şahsuvarlı («axar.az» xəbər agentliyi), İntiqam Mehdizadə («Ədalət» qəzeti), Ramin Deko («Azadlıq» qəzeti) və Cabir Albantürk («Gündəm xəbər» və «Millətim» qəzetləri) qalib elan olundu və mükafatlandırıldı. Digər müəlliflər – Etibar Seyidağa («Yeni Müsavat» qəzeti), Valid Qardaşlı («525-ci qəzet»), Rəşad Baxşəliyev («Şərq» qəzeti), İsa Yusifli (Niderlanddan, «axar.az» xəbər agentliyi vaistəsilə) və Ülvin Məhəmməd («Gündəlik Bakı») isə İstiqlalçı deputatların diplomuna layiq görüldülər.

KXCP sədri, İstiqlalçı deputat Mirmahmud Mirəlioğlunun qalib və nominantları təbrikindən və Müstəqilliklə bağlı çıxışından sonra tədbir ziyafətlə davam etdirildi.