İstiqlalda küçə ticarəti qadağan olundu

İstiqlalda küçə ticarəti qadağan olundu
Oxunma sayı: 1111

İstanbulda terror aktı baş verən İstiqlal küçəsində küçə ticarəti, sərgilər və tədbirlər qadağan olunub.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı İstanbul valisi Ali Yerlikaya açıqlayıb. 

Məlumata görə, təqribən 1400 metr uzunluğa malik sözügedən küçədə stol, stul, lövhə, səyyar tablolar qoymaq, stend, sərgi qurmaq, sosial, mədəni və yaxud kommersiya tədbirlərinin təşkili, kollektiv və yaxud fərdi çıxışlar və s. qadağan olunub. 

Belə bir qərarın verilməsinə səbəb İstiqlal küçəsində təhlükəsizliyi və asayişi, eləcə də piyadaların hərəkətinin sürətləndirilməsini təmin etməkdir. 

Xatırladaq ki, noyabrın 13-ü İstiqlal küçəsində baş verən terror aktında 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.