İstirahət günlərindəki cinayətlər

istirahet-gunlerindeki-cinayetler
Oxunma sayı: 881

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində qeydə alınmış 196 cinayət faktından 30-nun üstü “isti izlər”lə açılıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş yeddi yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.