İstirahət günü hava isti olacaq

istirahet-gunu-hava-isti-olacaq
Oxunma sayı: 1081


“Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi ərazilərdə duman və çiskin olacağı proqnozlaşdırılır, şərq küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 1-6, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.