İstirahət mərkəzində faciə - 21 yaşlı oğlan öldü

istirahet-merkezinde-facie
Oxunma sayı: 7192

Masallı rayonunda 21 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayondakı istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, istirahətə gedən Cəlilabadın Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib və bu, onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov