İstirahət mərkəzindəki uçqunla bağlı cinayət işi açıldı

istirahet-merkezindeki-ucqunla-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 638

Bakıda istirahət mərkəzində baş verən uçqunla bağlı cinayət işi başlanıb.
 
"Qafqazinfo" xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, Şıx qəsəbəsində istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqunda 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.