Müğənni Günay İbrahimli istirahətdən qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, ifaçı əslində, Türkiyəyə iş üçün səfər etdiyini bildirib.
G.İbrahimli istirahətə tək getmədiyini qeyd edib:
“Türkiyəyə işlə bağlı səfər etmişdim. Yarımçıq mahnım var idi, özüm getməyə məcbur oldum. Musiqisi Hacı Nazimə, sözləri isə Azər Şirinə məxsus mahnının adı “Qətran” adlanır. Caner Tepecik aranjiman etmişdi, ancaq musiqi parçasında uyğunsuzluq var idi.
Türkiyəyə getmişkən istirahət etdim. Həm ziyarət, həm də ticarət... İstirahətə tək getməmişdim. Rəfiqəm Elnarə Bəkirova və prodüser Sevinclə bir arada idik. Orada başqa azərbaycanlı dostlarla da görüşdük. Onu deyə bilərəm ki, yeni layihəm üçün xeyli paltar aldım, ürəyim istəyən kimi istirahət etdim”.











Son xəbərlər
Son Xəbərlər