“İsuzu” qaz borusuna dəyib aşdı, sərnişin öldü

isuzu-qaz-borusuna-deyib-asdi-sernisin-oldu
Oxunma sayı: 1513

Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, dünən qəsəbə sakini C.Vahabov idarə etdiyi “İsuzu” markalı avtobusu qaz borusuna və rabitə dirəyinə vurub aşırıb.

Nəticədə C.Vahabovun sərnişini Yusif Zeynalov hadisə yerində ölüb. 

Babək RPŞ tərəfindən araşdırma aparılır.