İsveç 5 Rusiyalı diplomatı ölkədən çıxarır

isvec-5-rusiyali-diplomati-olkeden-cixarir
Oxunma sayı: 860

İsveçin xarici işlər naziri Tobias Billström Rusiyanın Stokholmdakı səfirliyindən 5 diplomatın qovulmasına qərar verdiklərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, İsveç dövlət televiziyası SVT-yə açıqlama verən nazir Tobias Billström Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsevi Xarici İşlər Nazirliyinə çağırdığını və diplomatik əlaqələrlə bağlı 5 rus diplomatı Vyana Konvensiyasına zidd hərəkət etdikləri üçün ölkəni tərk etmələrini söylədiklərini bildirib.

Qeyd edək ki, İsveç Milli Kəşfiyyat Təşkilatı SEPO tərəfindən aprelin 21-də verilən açıqlamada isə İsveçdə çalışan 3 rusiyalı personaldan birinin Rusiya kəşfiyyatı üçün işlədiyi və ölkə üçün təhlükəli olduğu barədə xəbərdarlıq edilmişdi.