İsveç 80 min miqrantı deportasiya edir

isvec-80-min-miqranti-deportasiya-edir
Oxunma sayı: 1089

İsveç hökuməti 2015-ci il ərzində ölkəyə gələn təqribən 80 min miqrantı deportasiya etmək niyyətində olduğunu elan edib.

“Qafqazinfo”nun AzərTAC-a istinadən verdiyi məlumata görə, bu barədə İsveçin daxili işlər naziri Anders İqeman bildirib. Onun sözlərinə görə, söhbət sığınacaq barədə müraciəti krallığın miqrasiya idarəsi tərəfindən rədd edilən 60-80 min insandan gedir.

Anders İqeman, həmçinin qeyd edib ki, insanların ölkəni könüllü tərk etmələri üçün bütün proses yaxşı şəraitdə təşkil olunmalıdır.

İsveç jurnalistləri qeyd edirlər ki, yeni qərarın bir il ərzində həyata keçirilməsi gündə 200 nəfərin deportasiyası deməkdir. Bunun öhdəsindən gəlmək üçün hökumət orqanları çarter reysləirndən istifadə edəcəklər.

Qeyd edək ki, 2015-ci ildə 9,7 milyon əhalisi olan İsveçə təqribən 163 min qaçqın gəlib, onlardan 35 mindən çoxu valideynlərin müşayiət etmədiyi yeniyetmələrdir. Bu, bütün Avropa İttifaqı ərazisində ölkə əhalisinin sayı nəzərə alinmaqla ən böyük rəqəmdir.