İsveçin Baş naziri Maqdalena Andersson NATO-nun 29-30 iyun tarixlərində Madriddə keçiriləcək sammitində ölkənin Alyansa daxil olması üçün müraciət etmək niyyətindədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Local Sweden” portalı məlumat yayıb.
Yerli “Aftonbladet” qəzetinin məlumatına görə, İsveçin hakim Sosial Demokrat İşçi Partiyası mayın 24-də partiya rəhbərliyinin növbədənkənar iclasını keçirəcək və bu toplantıda ölkənin NATO-ya üzvlüyünə dəstək barədə qərar qəbul edilə bilər.
Son xəbərlər
Son Xəbərlər