İsveç Kraliçası Netrebkoya mükafat təqdim etdi - Video

isvec-kralicasi-netrebkoya-mukafat-teqdim-etdi
Oxunma sayı: 1829

Rusiyanın Xalq artisti Anna Netrebko “Polar” musiqi mükafatına layiq görülüb.

“Qafqazinfo” xəbər verir ki, tədbir Stokholm filarmoniyasında baş tutub. Mükafatı ona İsveç Kraliçası Silviya təqdim edib.

Opera ifaçısının həyat yoldaşı, Azərbaycanın Xalq artisti Yusif Eyvazov ABŞ-da olduğundan tədbirdə iştirak edə bilməyib. Eyvazov Netrebkonu sosial şəbəkə vasitəsilə təbrik edib.

Qeyd edək ki, “Polar” mükafatı İsveçin “ABBA” qrupunun meneceri Stiq Anderson tərəfindən təsis edilib. 1992-ci ildən mükafat həm pop, həm də klassik musiqi ifaçılarına təqdim olunur. Musiqi sahəsinin Nobel mükafatı sayılan “Polar”a ayrı-ayrı vaxtlarda Mstislav Rostropoviç, Valeri Gergiyev, Sofiya Qubaydulina və digər tanınmış incəsənət xadimləri layiq görülüb.