İsveç metrosunda partlayış - Ölən və yaralanan var+ Yenilənib

isvec-metrosunda-partlayis
Oxunma sayı: 2798

İsveçin paytaxtı Stokholmda metronun “Varby gard” stansiyasının qarşısında partlayış baş verib.

“Qafqazinfo” İndependent-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Stansiyaya əl qumbarası atıldığı söylənilsə də, hələlik bu məlumat rəsmi olaraq təsdiqlənməyib.

Hazırda polis ərazidə axtarış və təhlükəsizlik tədbirləri görür.

***

“Aftonbladet” nəşri xəbər verir ki, partlayış nəticəsində xəsarət alan şəxslərdən biri- 60 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.