“İsveç NATO-nun iyul sammitində bloka daxil ola bilməyəcək”

isvec-nato-nun-iyul-sammitinde-bloka-daxil-ola-bilmeyecek
Oxunma sayı: 1096

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib ki, İsveç NATO-nun iyul sammitində bloka daxil ola bilməyəcək, çünki Türkiyənin bu vaxta qədər ərizəni ratifikasiyası hətta onun razılığı ilə də mümkün deyil.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq bunu Brüsseldə mətbuat konfransı zamanı deyib.

Qeyd edək ki, Stoltenberq daha əvvəl bildirmişdi ki, iyulda Vilnüsdə keçiriləcək sammitdə İsveçin NATO-ya qoşulacağına dair heç bir təminat yoxdur.