İsveç NATO-ya üzvlüklə bağlı qərarını bu tarixdə açıqlayacaq

isvec-nato-ya-uzvlukle-bagli-qerarini-bu-tarixde-aciqlayacaq
Oxunma sayı: 1039

İsveç hökuməti ölkənin NATO-ya üzvlüyü ilə bağlı rəsmi qərar vermək üçün iclas keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin “Expressen” qəzeti yayıb.

Sözügedən iclas mayın 16-sı baş tutacaq.

Bildirilir ki, gözlənilməz bir hadisə baş verməzsə, iclasdan sonra İsveç hökuməti NATO-ya üzv olmaqla bağlı ərizə təqdim edəcəyini açıqlayacaq.