İsveç Rusiya təyyarələrinin hava məkanını pozmasına etiraz etdi

isvec-rusiya-teyyarelerinin-hava-mekanini-pozmasina-etiraz-etdi
Oxunma sayı: 2371

Rusiyanın Stokholmdakı səfirliyinin nümayəndəsi İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İsveçin xarici işlər naziri Ann Linde mayın 1-də İsveç radiosuna müsahibəsində bildirib.

Linde qeyd edib ki, bu, Rusiya təyyarəsinin İsveç hava məkanını pozmasına reaksiyadır.

"Biz səfirliklə əlaqə saxlayırıq və nümayəndə etirazı qəbul etmək üçün Xarici İşlər Nazirliyinə gəlməlidir", - deyə Ann Linde deyib.

Xatırladaq ki, aprelin 30-da İsveç hərbçiləri Rusiyanın An-30 təyyarəsinin İsveçin hava məkanını pozduğunu  açıqlamışdı.