İsveç “Tetra Pak”a Rusiya ilə ticarət etməyi qadağan etdi

isvec-tetra-paka-rusiya-ile-ticaret-etmeyi-qadagan-etdi
Oxunma sayı: 933

Qablaşdırma nəhəngi “Tetra Pak” şirkətinə məxsus məhsulların Rusiya Federasiyasına idxalına qadağa qoyulub.

İsveçin Ticarət Məsələləri üzrə Milli Şurası bu qərarı Avropa İttifaqının aprelin 8-də qəbul etdiyi beşinci sanksiyalar paketi çərçivəsində qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, “Tetra Pak” süd məhsulları və şirələr üçün 10 qablaşdırmadan yeddisini istehsal edir.

Bununla əlaqədar olaraq şirkət İsveç hakimiyyət orqanlarından uşaqlara “ərzaq şəklində humanitar yardım” göstərmək üçün istisna etməyi və məhsulların Rusiyaya ixracına icazə verməyi xahiş edib.