“İsveç və Finlandiyanın NATO-ya daxil olma addımı tarixi bir qərardır”

isvec-ve-finlandiyanin-nato-ya-daxil-olma-addimi-tarixi-bir-qerardir
Oxunma sayı: 1108

"İsveç və Finlandiyanın NATO-ya üzvlüyə qəbul olunması tarixi qərardır".

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. 

Rusiyanın Ukraynaya hücumlarından sonra NATO-nun daha sıx birləşdiyini deyən Bayden bildirib ki, NATO öz ərazisinin hər qarışını müdafiə edəcək: 

“Rusiyanın hücumu qələbə ilə nəticələnməyəcək. Ukraynadakı vəziyyətin Rusiyanın Ukraynanı məğlub edəcəyi ssenari ilə bitəcəyini düşünmürəm”.

O, bir neçə gün ərzində Ukraynaya əlavə 800 milyon dollarlıq silah yardımı elan edəcəklərini bildirib.