İsveç və Finlandiyanın nümayəndə heyətləri Ankaraya gedir

isvec-ve-finlandiyanin-numayende-heyetleri-ankaraya-gedir
Oxunma sayı: 1263

İsveç və Finlandiyanın nümayəndə heyətləri bu gün Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklər.

“Qafqazinfo” “A Haber” telekanalına istinadən xəbər verir ki, nümayəndə heyətləri Türkiyə nümayəndələri ilə İsveç və Finlandiyanın NATO-yaz üv olması məsələsini müzakirə edəcəklər.

Məlumata görə, nümayəndə heyətləri ilə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və ölkənin xarici işlər nazirinin müavini Sedat Önal görüşəcək.