İsveçdə 90 nəfər əlbəyaxa olub, xəsarət alanlar var

isvecde-90-nefer-elbeyaxa-olub-xesaret-alanlar-var
Oxunma sayı: 1407

İsveçin Nyköping şəhərində 90 nəfərin iştirakı ilə kütləvi dava baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polis nümayəndəsinin sözlərinə görə, insident avtodayanacaqda qeydə alınıb. Əvvəlcə içərisində 30 sərnişinin olduğu avtobus dayanıb, daha sonra 60 nəfər də peyda olub. Onlarla avtobus sərnişinləri arasında əlbəyaxa dava baş verib, tərəflər bir-birilərinə daş tullayıblar. 

Xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. 

Polis nümayəndəsi münaqişənin iki rəqib qruplaşma arasında baş verdiyini deyib.