İsveçdə Rusiya casusu olduğu bildirilən daha bir nəfər tutulub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prokuror Hans-Yurgen Hanstremin sözlərinə görə, şübhəli ötən ilin 10 aprel-30 sentyabr tarixlərində “qanunsuz kəşfiyyat fəaliyyəti” ilə məşğul olub. Bu artıq İsveçdə ələ keçirilən ikinci Rusiya casusudur.
Bundan əvvəl Stokholmda Rusiya kəşfiyyatına işləyən daha bir nəfər ələ keçirilmişdi. Hər iki şəxsin bir-biri ilə əlaqəsinin olub-olmaması bilinmir.
Rəsmi Kremldən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.
Son xəbərlər
Son Xəbərlər