İsveçdə də futbol matçlarının keçirilməsinə icazə verildi

isvecde-de-futbol-matclarinin-kecirilmesine-icaze-verildi
Oxunma sayı: 1111

İsveçdə koronavirus pandemiyasına görə dayandırılan futbol yarışlarının bərpasına ölkə rəhbərliyi tərəfindən icazə verilib.

"Qafqazinfo" xəbər verir ki, bu ölkədə iyunun 14-dən etibarən peşəkar idman növləri və futbol matçları bərpa ediləcək.

Lakin hökumətin verdiyi qərara əsasən, bütün yarışlar azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, futbol üzrə İsveç çempionatında yeni mövsüm aprelin 17-də başlamalı olsa da, koronavirusa görə təxirə salınıb. Daha əvvəl liqanın iyunun 14-də başlayacağı ilə bağlı qərar verilib.