İsveçdə futbolçulara koronavirus testi məcbur olmayacaq

isvecde-futbolculara-koronavirus-testi-mecbur-olmayacaq
Oxunma sayı: 739

İyunun 14-də İsveçdə yeni futbol mövsümü başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, futbolçulara məşq və oyundan öncə COVID-19 testləri verməsi könüllü olacaq. Futbolçuların meydana çıxıb-çıxmamaları barədə qərarı klubun həkimləri verəcək.
 
İsveç çempionatının ilk turları azarkeşsiz keçiriləcək.