İsveçdə insanlara atəş açıldı - Yaralılar var

isvecde-insanlara-ates-acildi
Oxunma sayı: 1083

İsveçin paytaxtı Stokholmdan 200 kilometr məsafədə yerləşən Erebru şəhərində silahlı insident baş verib.

"Qafqazinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, naməlum şəxs odlu silahdan insanlara atəş açıb. Nəticədə 3 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə atəş açanlar bir neçə nəfər olub. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Polis atəş açanların kimliyini müəyyənləşdirir.