İsveçdə iri şiə məscidi yandırılıb

isvecde-iri-sie-mescidi-yandirilib
Oxunma sayı: 750

İsveçdə iri şiə məscidi olan İmam Əli yandırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Stokholm polisi yanğının qəsdən törədildiyini ehtimal edir. Zərərçəkənlərin olması ilə bağlı məlumat yoxdur. 

Məsciddə 3 mindən çox kitabın saxlanıldığı kitabxana yerləşir. İlkin məlumata görə, binanın 30-50 faizinə ziyan dəyib. Məscidin ümumi sahəsi isə 3500 kvadrat metrdir.