İsveçdə koronavirus xəstələrinin sayı artdı

isvecde-koronavirus-xestelerinin-sayi-artdi
Oxunma sayı: 1350

İsveçin 3 regionunda daha 5 nəfərdə koronavirus aşkar edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Vestra-Qötaland, Upsala və Stokholmda daha 5 nəfər Covid-19-a yoluxub. Onlar əsasən İtaliya, Almaniya və İrandan gələnlərdir.

Hazırda İsveçdə 7 koronavirusa yoluxma halı qeydə alınıb.