İsveçin Ludvika şəhərində dəmiryol xəttinin üzərindəki köhnə körpünün yerində yenisinin inşası zamanı bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadə xəbər verir ki, hələlik bilinməyən səbəbdən inşaat çöküb və işçilər dağıntılar altında qalıb.
Hadisə zamanı 16 nəfər yaralanıb. Onlardan 12-nin vəziyyətinin ağır olduğu bildirilir.
Dağıntılar qatar yolunu bağlayıb. Buna görə də dəmiryol xəttində hərəkət müvəqqəti olaraq dayanıb.
Hazırda faktla bağlı araşdırma aparılır.




Son xəbərlər
Son Xəbərlər