İsveçdə kütləvi iğtişaşlarda 40 nəfər yaralanıb

isvecde-kutlevi-igtisaslarda-40-nefer-yaralanib
Oxunma sayı: 1818

İsveçin cənubunda antimüsəlman aksiyasına cavab olaraq keçirilən kütləvi iğtişaşlarda 40 nəfər xəsarət alıb.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, iğtişaşlarda 26 polis və 14 mülki vətəndaş yaralanıb. Həmçinin 4-ü azyaşlı olmaqla 26 nəfər həbs edilib.

Xatırladaq ki, danimarkalı ekstremist sağçı partiya “Ştram Kurs”un rəhbəri Rasmus Paludanın “Qurani Kərim”i yandırması İsveçin bir sıra cənub şəhərində iğtişaşlara səbəb olub. Paludan sosial şəbəkələrdə özünün Quranı yandırdığı şəklini paylaşaraq daha çoxunu yandırmaq niyyətini bəyan edib.

Nəzrin Cavad