İsveçdə minlərlə insan COVID-19 pasportlarına etiraz edir

İsveçdə minlərlə insan COVID-19 pasportlarına etiraz edir
Oxunma sayı: 1433

İsveçin Stokholm, Höteborq və digər şəhərlərində COVID-19 pasportlarına qarşı minlərlə insanın iştirakı ilə nümayiş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TT xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, aksiyaların təşkilatçısı qismində “Azadlıq Hərəkatı” təşkilatı çıxış edib.

Stokholmda 18 minə yaxın insan nümayişdə iştirak etməyə hazır olduğunu bildirib. Eyni zamanda mərkəzi Sergeltorq meydanında 3000-dən çox insanın olmasına icazə verilməyib.

İzdiham “Azadlıq, bəli, peyvənd pasportları yox olsun” şüarları səsləndirib.

Höteborq polisinin məlumatına görə, birdən 1,5 minədək nümayişçi Qustaf Adolfs Torqun mərkəzi meydanına toplaşıb. Yerli polis sözçüsü Krister Fuksborqun sözlərinə görə, mitinqin təşkilatçıları onun keçirilməsi üçün icazə almaq üçün şəhər hakimiyyətinə müraciət etməyiblər.