İsveçin Stokholm şəhərində miqrantlar kütləvi iğtişaşlar törədiblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “SVT” kanalı məlumat yayıb.
Məlumata görə, iğtişaşlar fevralın 20-də başlayıb. Belə ki, polis metroda axtarışda olan bir neçə şübhəlini saxlayıb. Bu zaman tərəflər arasında qarşıdurma baş verib. Daha 2 saat sonra isə şəhərin başqa rayonunda iğtişaşlar başlayıb. Etirazçılar bir neçə maşını yandırıblar.
Yerli polis iğtişaşlarda neçə nəfərin iştirak etdiyi dəqiq deməkdə çətinlik çəkib. Artıq günahkarların müəyyənləşdirilməsinə və saxlanılmasına başlayıb.
Son xəbərlər
Son Xəbərlər