İsveçdə qəzaya düşən təyyarədəki 9 nəfərin hamısı öldü - Yenilənib

isvecde-qezaya-dusen-teyyaredeki-9-neferin-hamisi-oldu
Oxunma sayı: 2917

İsveçin Erebru şəhərində təyyarə qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsveç mediası məlumat yayıb. Bildirilir ki, göyərtədə 9 nəfər olub. Təyyarə havaya qalxdıqdan sonra düşüb. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Qeyd edilir ki, qəzaya düşən təyyarə paraşütlə tullanmaq üçün nəzərdə tutulan hava gəmisi olub.

***

"RİA Novosti" xəbər verir ki, qəza nəticəsində güclü yanğın başlayıb. 2 nəfər xəstəxanaya yerləşdirilib. 

***

“Aftonbladet” qəzeti polisə istinadən xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitəsinin göyərtəsində olan doqquz nəfərin hamısı həlak olub. Onlardan səkkizi paraşütçü, biri isə pilotdur.