İsveçdə yaşayan jurnalist Azərbaycanda səfərdə olub - Fotolar

İsveçdə yaşayan jurnalist Azərbaycanda səfərdə olub
Oxunma sayı: 1941

İsveçdə yaşayan Ərdəbiləsilli azərbaycanlı jurnalist Əlirza Ərdəbili Diasporla İş üzrə Dövlət Komitəsində olub və Komitə sədri Fuad Muradovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Komitə sədri bütün dünyadakı, o cümlədən İsveçdəki soydaşlarımızın bir araya gəlməsi, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin güclü təbliğ olunması istiqamətində həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlıların əməkdaşlığının, həmrəyliyinin daha yüksək səviyyəyə çatdırılması diasporun ümdə və tarixi vəzifəsidir.

Görüşə görə təşəkkürünü bildirən Əlirza Ərdəbili cənubi azərbaycanlılarla mədəni əlaqələrin qurulması və inkişafı, ana dilinin müvafiq vasitələrlə tətbiqi və tədrisi üsullarının həyata keçirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb. 30 il ərzində erməni işğalçıları tərəfindən Qarabağda törədilmiş cinayətlərin nəticələri ilə əyani olaraq tanış olmaq, onları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyindən danışıb.  

Səfər zamanı soydaşımız ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib, Milli Məclisin üzvləri ilə görüşüb, Topçubaşov mərkəzində “Güney Azərbaycan məsələsi beynəlxalq aləmdə” mövzusunda keçirilən dəyirmi masada iştirak edib.

Sonra jurnalist işğaldan azad edilmiş ərazilərimizə səfər edib. O, Qarabağda gördüklərindən dəhşətə gələn jurnalist ermənilərin vandalizm əməllərinə görə beynəlxalq ictimaiyyəti ittiham edib.

Əlirza Ərdəbilli səfəri çərçivəsində “Vətən uzaqda deyil” proqramına müsahibə verib, görkəmli dövlət xadimi Heydər Əliyevlə Naxçıvanda görüşməsindən danışıb və ondan aldığı tarixi müsahibə barədə maraqlı xatirələrini bölüşüb.