İsveçə səfər edənlərdən PCR-test tələb olunmayacaq

isvece-sefer-edenlerden-pcr-test-teleb-olunmayacaq
Oxunma sayı: 1102

İsveç ökəyə səfər edən şəxslərdən daha mənfi PCR test nəticəsi tələb etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsveç hökuməti qərar verib.

Bildirilir ki, hökumət ölkəyə daxil olmaqla bağlı 2021-ci il dekabrın 28-nə qədər tətbiq olunan qaydalara geri dönməyə qərar verib. Bu isə o deməkdir ki, ölkəyə gələn şəxslərdən 48 saat ərzində edilmiş mənfi göstəricili test tələb olunmayacaq.

Dəyişikliklər yanvarın 21-dən qüvvəyə minəcək. Bununla belə, İsveçə səfər edən şəxslər COVID-pasporta sahib olmalıdırlar.