İsveçin baş naziri Kiyevdədir

isvecin-bas-naziri-kiyevdedir
Oxunma sayı: 910

İsveçin Baş naziri Maqdalena Andersson Kiyev vilayətində Buça və Borodyankaya səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kiyev vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba məlumat verib.

Nümayəndə heyəti Buça şəhərindəki Müqəddəs Apostol kilsəsinin yaxınlığında ruslar tərəfindən qətlə yetirilən və işgəncələrə məruz qalan insanların kütləvi məzarlığını ziyarət edib.

Həmçinin Baş nazir Borodyankada ruslar tərəfindən dağıdılan və zədələnən evləri də öz gözləri ilə görüb.

Andersson qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ukraynalıların təkcə Ukrayna üçün deyil, sivil dünya və demokratik dəyərlər uğrunda mübarizə apardıqları barədə sözləri tamamilə həqiqətdir.