“İsveçin NATO-ya üzv olmasına hazır deyilik”

isvecin-nato-ya-uzv-olmasina-hazir-deyilik
Oxunma sayı: 1609

“Türkiyə indi İsveçin NATO-ya üzv olmasına hazır deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalına müsahibəsində deyib.

“Çünki bir NATO ölkəsi terrorla mübarizədə güclü mövqe tutmalıdır”, - o əlavə edib.

Ərdoğanın sözlərinə görə, İsveç terror qruplaşmalarının Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam etdikcə, Türkiyə onun NATO-ya üzvlüyünə müsbət baxa bilməz.