“İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik”

isvecin-nato-ya-uzvluyune-icaze-vermeyeceyik
Oxunma sayı: 1746

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə İsveçə xəbərdarlıq edib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, Ərdoğan bildirib ki, İsveç Quranın təhqir edilməsinə göz yumduqca, Alyansa üzvlüyünə icazə verilməyəcək.

“İsveç boş yerə çalışmasın. Finlandiyanın üzvlüyü ilə bağlı mövqeyimiz müsbətdir, amma İsveçə icazə vermərik”, - Türkiyə lideri vurğulayıb.