İsveçin XİN rəhbəri istefa verəcəyini açıqladı

isvecin-xin-rehberi-istefa-vereceyini-aciqladi
Oxunma sayı: 651

İsveçin xarici işlər naziri Tobias Billstrom vəzifəsini tərk edir.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Kədər və qürur hissi ilə mən bu gün Baş nazirə bildirdim ki, çərşənbə axşamı parlamentin açılışı zamanı xarici işlər naziri vəzifəmi tərk edəcəyəm. Bu, asan qərar deyildi, amma üzərində bir müddətdir düşündüyüm bir qərar idi”, - o qeyd edib.

Qeyd edək ki, nazir 2022-ci ilin oktyabrından xarici işlər naziri vəzifəsini icra edir.