İsveçlə Finlandiya üzvlük müraciətlərini Stoltenberqə təqdim etdi - Foto

isvecle-finlandiya-uzvluk-muracietlerini-stoltenberqe-teqdim-etdi
Oxunma sayı: 917

İsveç və Finlandiyanın NATO-dakı səfirləri ölkələrinin NATO-ya üzvlüyü ilə bağlı müraciətlərini alyansın Baş katibi Yens Stoltenberqə təqdim ediblər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, müraciətlərin təqdim edilməsi NATO-nun Brüsseldəki baş qərargahında baş tutub. 

Xatırladaq ki, İsveçin Baş naziri Maqdalena Andersson mayın 17-si bildirib ki, Finlandiya və İsveç NATO-ya üzv olmaqla bağlı müraciətlərini mayın 18-i birlikdə təqdim edəcəklər.