İsveçrə 1/8 finalda, Kamerun və Serbiya üçün mundial bitdi - Video

isvecre-18-finalda-kamerun-ve-serbiya-ucun-mundial-bitdi
Oxunma sayı: 4849

Dünya çempionatının qrup mərhələsinə G qrupunda bu gün baş tutacaq matçlarla yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla da son 1/8 finalçının adına aydınlıq gələcək.

Bu vəsiqə üçün 3 komanda Kamerun, İsveçrə və Serbiya mübarizə aparacaq.

Kamerun Braziliya, İsveçrə isə Serbiya ilə üz-üzə gələcək.

DÇ-2022

G qrupu

3-cü tur

23:00. Kamerun – Braziliya

Baş hakim: İsmail Elfat (ABŞ).

“Lusail” stadionu.

23:00. Serbiya – İsveçrə

Baş hakim: Fernando Rapallini (Argentina).

“Stadium 974”.a

Serbiya - İsveçrə heyətlər:

Serbiya: Milinkoviç-Saviç (Vanya), Milenkoviç, Velkoviç, Pavloviç, Jivkoviç, Milinkoviç-Saviç (Sergey), Lukiç, Kostiç, Tadiç, Mitroviç, Vlahoviç

İsveçrə: Kobel, Rodriqes, Şer, Akanji, Vidmer, Caka, Froyler, Varqas, Sou, Şakiri, Embolo

Kamerun - Braziliya heyətlər

Kamerun: Epassi, Tolo, Eboss, Vu, Fay, Kunde, Anqissa, Nqamale, Şupo-Motinq, Mbemo, Abubakar

Braziliya: Ederson, Telles, Militao, Bremer, Alves, Rodriqo, Fred, Fabinyo, Antoni, Martinelli, Jezus

***

Matçlar başladı.

***

İsveçrə Serbiya ilə matçda hesabı açdı. Xerdan Şakiri 20-ci dəqiqədə fərqləndi. 

***

Serbiyadan bərabərlik qolu. Mitroviç 26-cı dəqiqədə hesabı 1:1 edir. 

***

Serbiya 2-ci qolu vurur. Vlahoviç 35-ci dəqiqədə fərqlənir.

***

İsveçrə hesabı bərabərləşdirdi. Embolo 44-cü dəqiqədə fərqləndi.

***
Matçlarda ilk hissə başa çatdı.

***

Matçın ikinci hissələri başladı. 

***

İsveçrə Serbiyaya 3-cü qolu vurdu. Freuler 48-ci dəqiqədə fərqləndi.

***

Kamerun hesabı açdı. Vinsent Abubakar 90-cı dəqiqədə fərqləndi.

***

Serbiya - İsveçrə matçı başa çatdı.