İsveçrə Blinken-Lavrov görüşünə ev sahibliyi etmək istəyir

isvecre-blinken-lavrov-gorusune-ev-sahibliyi-etmek-isteyir
Oxunma sayı: 2001

İsveçrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüşə ev sahibliyi etməyə hazırdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsveçrə XİN-in rəsmi nümayəndəsi Pyer-Alen Elçinqer açıqlayıb.

Bununla yanaşı, Elçinqer sözügedən görüşün keçirilməsi ilə bağlı ölkəyə müraciətin daxil olub-olmadığını açıqlamayıb.

Qeyd edək ki, Blinken gələn həftə Lavrovla görüşməyi təklif edib. Amerika tərəfi görüş yeri olaraq İsveçrənin Cenevrə şəhərini nəzərdən keçirir.

Xatırladaq ki, Lavrovla Blinken yanvarın 21-i Cenevrədə danışıqlar aparıb.