İsveçrə Kantonlar Şurasının sədri Azərbaycana gəlib - Foto

İsveçrə Kantonlar Şurasının sədri Azərbaycana gəlib
Oxunma sayı: 595

İsveçrə Kantonlar Şurasının sədri Jan-Rene Furniye Azərbaycana rəsmi səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis Sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Jan-Rene Furniye səfərin məqsədinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafı ilə bağlı müzakirələrin aparılması olduğunu deyib. O qeyd edib ki, İsveçrə ilə Azərbaycan arasında çoxillik tarixə malik əlaqələr qarşılıqlı inama və hörmətə əsaslanır. Əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdırmaq üçün çalışırıq. Regionun inkişafında Azərbaycanın rolu böyükdür. Azərbaycanın öz iqtisadiyyatını şaxələndirmək üçün göstərdiyi səyləri qiymətləndiririk. Azərbaycan və İsveçrə prezidentləri hər il Davosda görüşürlər. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin, xüsusilə də parlamentlərarası münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətlidir. Bu səfər zamanı keçiriləcək görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılacaq.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi