İsveçrə klubu karantinə alındı

isvecre-klubu-karantine-alindi
Oxunma sayı: 1957

İsveçrənin “Sürix” klubunun kollektivi koronavirus pandemiyası ilə əlaqədar karantinə alınıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə futbolçu və məşqçi heyətinin, eləcə də klubun digər bütün işçilərinin karantinə alındığı diqqətə çatdırılıb. Buna klubun kollektivindən bir neçə gün öncə götürülən koronavirus testlərinin bəzisinin müsbət nəticə verməsi səbəb olub. Bu üzdən “Sürix”in üzvləri təcrid olunub. Koronavirus yoluxan şəxslərin sayı və adları açıqlanmayıb.

Klubun İsveçrə çempionatında “Sion” (11 iyul) və “Bazel”lə (14 iyul) oyunlarının təxirə salındığı bildirilib.