İsveçrə millisinin hücumçusu Kameruna qol vurub niyə sevinmədi?

isvecre-millisinin-hucumcusu-kameruna-qol-vurub-niye-sevinmedi
Oxunma sayı: 3197

Dünya çempionatının qrup mərhələsində hazırda davam edən İsveçrə - Kamerun matçının 48-ci dəqiqəsində avropalıların hücumçusu Bril Embolo hesabı açıb.

“Qafqazinfo” xəbər verir ki, forvard fərqləndikdən sonra sevinməyib. 

Bunun səbəbi isə azarkeşlər tərəfindən maraqla qarşılanıb. 

Embolonun sevinməməyinə səbəb isə onun əslən kamerunlu olmasıdır. O, 1997-ci ildə bu ölkənin Yunde şəhərində dünyaya göz açıb. 

Onun anası atasından boşanıb isveçrәli mәmurla evlәnib. Embolo da ögey atasının vәtәnini seçib.