İsveçrə niqab qadağasına görə referenduma gedəcək

isvecre-niqab-qadagasina-gore-referenduma-gedecek
Oxunma sayı: 1255

Bu həftəsonu İsveçrədə xalqa açıq məkanlarda niqab və çadranın qadağan olub-olmaması ilə bağlı referendum keçiriləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir sıra Avropa ölkələrində tətbiq olunan yasağın İsveçrədə qüvvəyə minib-minməməsi martın 7-də müəyyənləşəcək.

Bildirilib ki, yasaq ibadətxanalarda tətbiq olunmayacaq, hər hansı bir sağlamlıq problemi məsələsində isə həmin şəxslər yasaqdan istisna olaraq azad ediləcəklər.

Qeyd edək ki, ölkədə 12 il əvvəl xalq səsverməsi ilə məscid inşa edilməsi yasaqlanmışdı.