İsveçrədə son 7 ayda ilk yaşandı

isvecrede-son-7-ayda-ilk-yasandi
Oxunma sayı: 2037

İsveçrədə son sutka ərzində koronavirusa yoluxanların sayı 717 nəfər artıb və 696 213 təşkil edib.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Ötən ilin oktyabrından bəri ilk dəfə son 24 saat ərzində COVID-19-dan ölən olmayıb. 

Mayın 19-dan 43 nəfər koronavirusun qurbanı olub, pandemiya ərzində ölənlərin ümumi sayı 10 268 təşkil edir.