“İt balaları...”

it-balalari
Oxunma sayı: 2346


“Qafqazinfo”nun Apasport.az saytına istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis İspaniyada “Real”ı çalışdırarkən yaşadıqlarını da qələmə alıb.

 Daim futbolçuların ona “torba tikməsindən” qorxan mütəxəssis hətta otellərdin birində gizli səsyazan qurğuları axtarmağa başlayıb. Lakin Mourinyonun dərdi təkcə bu “juçok”lar olmayıb.

 “Barselona” ilə qarşılaşmaların birindən sonra portuqaliyalı məşqçi futbolçuları təhqir etməkdən də çəkinməyib: “Siz satqınsınız. Mən sizdən xahiş etmişdim ki, bu oyuna olan start heyətini heç kimə deməyəsiniz. Amma məni satdınız. Bir sözlə, siz it balalarısınız. Buradakı yeganə dostum Qranerodur. Amma ona da tam inanmıram. İndiyədək heç vaxt komandamda belə satqınlarla qarşlaşmamışam”.

 Qeyd edək ki, Mourinyo Madrid klubunu 2010-13-cü illərdə çalışdırıb.