İki insanın bir-birinə nifrət etmə dərəcəsini göstərmək üçün çox zaman “onlar it-pişik kimidir” ifadəsindən istifadə edirik. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Terfellə küçə pişiyinin hekayəsi bu fikrimizi tamam dəyişəcək.
Terfel keçirdiyi xəstəliyə görə görmə qabiliyyətini itirən bir itdir. Sahibi əvvəllər itinin görmədiyi üçün bütün gün yerindən tərpənmədiyini deyir: “Görmə qabiliyyətini itirdikdən sonra hərəkət etdikdə bir yerlərə ilişdiyi üçün tez-tez yıxılırdı, canı yanırdı. O da bir müddət sonra cəsarətini tamam itirib bütün gün yatırdı. 8 yaşlı sevimli itimiz Terfeli bu halda görmək bizi də kədərləndirirdi. Ancaq bir gün küçə pişiyinin evimizə gəlişi ilə hər şey dəyişdi”.
Terfelin sahibinin sözlərinə görə, pişik evə daxil olan kimi Terfelin yanına gedib. Onların yaxşı yola getdiyini görən qadın pişiyi də saxlamaq qərarına gəlib: “Heyvanların altıncı hissinin olduğuna yaşadığım hadisədən sonra əmin oldum. Evə girməsinə icazə verdim və o tez itimin yanına qaçdı. O gündən hər şey dəyişdi. İndi birlikdə gəzirlər. Pişik Terfelə bələdçilik edir. Onu yıxılmaqdan, harayasa ilişməkdən qoruyur. Birlikdə həyətə çıxıb oynayırlar. Hətta artıq pişik Terfeli yaxınlıqdakı parka da aparır. Belə dostu olduğu üçün itim də, biz də çox şanslıyıq”.
Günel Hacı



Son xəbərlər
Son Xəbərlər